Röya Ayxan liderliyi ələ keçirdi

Röya Ayxan liderliyi ələ keçirdi

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyun ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Aktual.az  Media Təqib Mərkəzinə istinadən şou-biznes nümayəndələri ilə bağlı ölkədə iyun ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin iyun ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələri ilə əlaqəli 11691 xəbər yerləşdirilib. Bunlardan 109 xəbər mənfi, 28 xəbər müsbət və 11554 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Teymur Əmrah (48 xəbər - Flora Kərimovanın müğənni haqqında fikirləri), İlhamə Quliyeva (17 xəbər - Flora Kərimovanın müğənni haqqında sərt sözləri), Xatirə İslam (14 xəbər - sosial media istifadəçilərinin müğənnini təhqir etmələri). Müsbət xəbərlər isə Nadir Qafarzadə (12 xəbər - mükafatla təltif olunması), Səidə Sultan (8 xəbər - Gürcüstanda mükafata layiq görülməsi) və Elnur Məmmədova (8 xəbər - Gürcüstanda mükafata layiq görülməsi) məxsusdur.

Elektron mətbuatda xəbər sayına görə sıralama:

1.​ Röya Ayxan    580 xəbər

2.​ İlhamə Quliyeva    562 xəbər

3.​ Aygün Kazımova    532 xəbər

4.​ Rəqsanə İsmayilova    491 xəbər

5.​ Elza Seyidcahan    473 xəbər

6.​ Nadir Qafarzadə    311 xəbər

7.​ Əli Mirəliyev    290 xəbər

8.​ Gülyanaq Məmmmədova    282 xəbər

9.​ Tünzalə Ağayeva    275 xəbər

10.​ Tarix Əliyev (Tolik) 264 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 342 xəbər dərc edilib. Bu xəbərlərdən 340-ı neytral, 2-si isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Teymur Əmrah (1 xəbər - Flora Kərimovanın müğənni haqqında fikirləri) və İlhamə Quliyevaya (1 xəbər - Flora Kərimovanın müğənni haqqında sərt sözləri) məxsusdur. İyun ayında bu sektorla əlaqəli yazılı mətbuatda müsbət xəbər dərc olunmayıb.

Yazılı mətbuatda xəbər sayına görə sıralama:

1.​ İlhamə Quliyeva    22 xəbər

2.​ Aygün Kazımova    19 xəbər

3.​ Alim Qasımov    14 xəbər

4.​ Röya Ayxan    12 xəbər

5.​ Elza Seyidcahan    12 xəbər

6.​ Əli Mirəliyev    12 xəbər

7.​ Flora Kərimova    11 xəbər

8.​ Brilliant Dadaşova    8 xəbər

9.​ Tünzalə Ağayeva    8 xəbər

10.​ Zülfiyyə Xanbabayeva    8 xəbər

İyun ayında televiziya kanallarında şou-biznes nümayəndələri haqqında 194 xəbər göstərilib.

TV-də xəbər sayına görə sıralama:

1.​ Tünzalə Ağayeva    16 xəbər

2.​ Səməd Səmədov    14 xəbər

3.​ Nadir Qafarzadə    9 xəbər

4.​ Roza Zərgərli    7 xəbər

5.​ Elza Seyidcahan    7 xəbər

6.​ Baloğlan Əşrəfov    6 xəbər

7.​ Gülyanaq Məmmmədova    6 xəbər

8.​ Vasif Məhərrəmli    6 xəbər

9.​ Almaz Ələsgərli    5 xəbər

10.​ Brilliant Dadaşova    5 xəbər

Xəbər 480 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR