Rusiyaya məxsus helikopter gölə düşdü

Rusiyaya məxsus helikopter gölə düşdü

Bu gün səhər saatlarında Rusiyanın Leninqrad vilayətində modeli müəyyənləşdirilməmiş vertolyot Suxodolye gölünə düşüb.

Aktual.az virtualaz.org-a istinadən bildirir ki, qəzaya səbəb vertolyotun havada olarkən elektrik naqillərinə, yaxud ağaclara toxunması olub.

Hadisə şahidlərinin sözlərinə görə, vertolyotun göyərtəsində dörd nəfərdən altı nəfərə qədər sərnişin ola bilər.

Qəza nəticəsində ölən və xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir.

Xəbər 395 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR