Rusiyanın Xəzərdəki donanmasına “həyəcan” siqnalı verildi

Rusiyanın Xəzərdəki donanmasına “həyəcan” siqnalı verildi
  • DÜNYA

Zərbə qrupları sualtı qayıqların axtarışı və aşkarlanması üzrə tapşırıqları icra edəcəklər.

Rusiyanın hərbi gəmiləri Cənub Hərbi Dairəsi qoşunlarının döyüş qabiliyyətliliyinin yoxlanmılması çərçivəsində Qara və Xəzər dənizlərində şərti düşmənin sualtı qayıqları və minaların axtarışı üzrə tapşırıqları yerinə yetirirlər.

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti və informasiya idarəsi məlumat yayıb.

“Gəmi zərbə qrupları şərti düşmənin sualtı qayıqlarının axtarışı və aşkarlanması tapşırıqlarını yerinə yetirirlər. Təminat gəmiləri qüvvələrin dənizdəki hərəkətinin təmin olunması üçün hazır vəziyyətə gətirilib”, - deyə, Rusiya Müdafiə Nazirliyindən qeyd ediblər.

Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR