Rusiyadan Türkiyəyə badımcan - Qadağası

Rusiyadan Türkiyəyə badımcan   - Qadağası

Rusiya “Rosselxoznadzor” Xidməti Türkiyədən badımcan idxal olunmasına qadağa tətbiq edib.

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, müvəqqəti qadağa aprelin 25-dən etibarən qüvvəyə minəcək. “Türkiyədən karantin orqanizmlərə yoluxmuş badımcan partiyalarının ölkəyə gətirilməsi davam etdiyi üçün “Rosselxoznadzor” onun idxalına cari il aprelin 25-dən etibarən müvəqqəti qadağa tətbiq etmək barədə qərar qəbul edib”, -deyə qurumun məlumatında qeyd olunur.

Qeyd edək ki, 2016-cı il ərzində Türkiyədən Rusiayaya gətirilən 4 badımcan partiyası geri qaytarılıb. Rusiya tərəfinin iddiasına əsasən, buna səbəb tərəvəzlərdə bitkiçilik üçün ən təhlükəli olan böcək növünün aşkarlanamsı olub.

Xatırladaq ki, ötən gün Rusiya “Rosselxoznadzor” Xidməti bitkiçilik məhsullarının idxalında yaranan problemə görə Türkiyə tərəfinə aprelin 26-da Moskvada görüş təklif etmişdi. Lakin qurumun məlumatına əsasən, Türkiyə tərəfi təklifə cavab verməmişdi.

Xəbər 344 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR