Rusiyada radioaktiv qaza görə uşaq bağçası bağlandı

Rusiyada radioaktiv qaza görə uşaq bağçası bağlandı
  • DÜNYA

 Rusiyanın Kemerovo vilayətinin Belovo şəhərində atmosferdə radon radioaktiv maddəsinin normadan çox olduğu üçün uşaq bağçası bağlanıb.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Məhkəmə Xidməti İcraçılarının Regional İdarəsindən məlumat verilib.
Bildirilib ki, Rusiya İstehlakçıları Nəzarət Xidməti bağçanın tibbi kabinetində, orta yaş və kiçik yaş qrupunun yataq otaqlarında radonun normadan çox olduğunu qeydə alınıb. Bu qazın çoxluğu uşaqların və tərbiyəçilərin sağlığına birbaşa təhlükə yaradır.
Qeyd edək ki, radonun başlıca mənbəyi torpaq, tikinti materialları və yeraltı mənbədən olan sular hesab olunur. 
Xəbər 324 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR