Rusiyada koronavirusa yoluxanların sayı 8 mini ötdü

Rusiyada koronavirusa yoluxanların sayı 8 mini ötdü

Rusiyada son bir gündə 1 175 nəfərə koronavirus diaqnozu qoyulub, 5 nəfər virusun qurbanı olub.

Aktual.az  "Report”a istinadən xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Məlumata görə, bununla da yoluxanların sayı 8 672 nəfərə, ölənlərin sayı 63-ə, sağalanların sayı isə 580 nəfərə çatıb.
Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 434 000-i ötüb. Bunların 302 453 nəfəri sağalıb, 82 143 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər 440 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR