Rusiyada koronavirusa qarşı vaksinin yeddi prototipi hazırlandı

Rusiyada koronavirusa qarşı vaksinin yeddi prototipi hazırlandı

Rusiyanın Federal Tibbi-Bioloji Agentliyi (FTBA) koronavirusa qarşı vaksinin yeddi prototipini hazırlayıb.

"Report” "TASS”a istinadən xəbər verir ki, bu barədə FTBA-nın rəhbəri Veronika Skvortsova məlumat verib. 
Onun sözlərinə görə, hazırda əsas məqsəd yeddidən ən təsirli peyvənd prototipini seçməkdir:
"Bu iş əvvəlcə kompüter simulyasiya rejimində aparılır. Bazar ertəsindən bütün işlər ikinci dərəcəli infeksiyanın biopatogenləri ilə işləmək üçün sertifikat almış Müdafiə Nazirliyinin Mikrobiologiya Mərkəzi tərəfindən aparılacaq”.
Skvortsova peyvəndin 11 aydan tez hazır olmayacağını vurğulayıb.
Xəbər 120 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR