Rusiya XİN Yunanıstanın səfirinə etirazını bildirib

Rusiya XİN Yunanıstanın səfirinə etirazını bildirib

 Yunanıstanın Rusiyadakı səfiri Andreas Friqanas Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, XİN-də A.Friqanasa iki Rusiya diplomatının ölkədən çıxarılması və daha iki Rusiya vətəndaşına ölkəyə giriş icazəsinin verilməməsi ilə bağlı rəsmi Afinanın antirusiya siyasətinə görə etiraz bildirilib.
Xatırladaq ki, Yunanıstanın "Katimerini" qəzeti iyulun 11-də yüksək səviyyəli diplomatik mənbələrə istinadən Yunanıstan tərəfinin iki Rusiya diplomatını ölkədən çıxardığını və daha iki Rusiya vətəndaşına milli təhlükəsizliyə qarşı qanunsuz hərəkətlər etdiklərinə görə ölkəyə daxil olmaq icazəsi verilmədiyini yazıb.
 
Aktual.az
Xəbər 107 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR