"Rusiya Türkiyə-İsrail münasibətlərindən narahatdır"

  • DÜNYA

"Rusiya İsrailin Türkiyə ilə yaxınlaşmasından narahat olduğunu bildirib".

Aktual.az Report-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsrail Xairci İşlər Nazirliyinin baş direktoru Dori Qoldunla görüşündə deyib.

Məlumata görə, Rusiya Türkiyəni Qəzza zolağında ehtimal olunan nüfuzunun artmasından, eləcə də İsrailin təbii qazının türk dövləti tərəfindən alınmasından narahatlığını gizlətməyib.

Xəbərə əsasən, İsrail nümayəndə heyətinin Moskva səfərinin əsas mövzusu Suriyadakı vəziyyət olsa da, Rusiya tərəfi Türkiyə-İsrail münasibətlərindəki yaxınlaşma ilə bağlı mövzuya toxunmağı da vacib sayıb.

Moskva görüşdə İsrailin təbii qazını Türkiyənin almasından narazılığını da gizlətməyib.

Qeyd edək ki, Rusiyanın ixrac etdiyi təbii qazın böyük bir hissəsini Türkiyə alır.

Xəbər 428 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR