Rusiya sərhədləri açır

Rusiya sərhədləri açır
  • DÜNYA

Rusiya hökuməti oktyabrda MDB ölkələri ilə hava nəqliyyatını bərpa edə bilər.

APA-nın Rusiya bürosunun "Sputnik-Uzbekistan” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə məlumatlı mənbə bildirib. Mənbənin bildirdiyinə görə, Rusiya hakimiyyəti oktyabrda MDB ölkələrinin paytaxtları ilə hava nəqliyyatının bərpasını mümkün hesab edir.
 
İlk növbədə Nur-Sultan, Daşkənd, Bakı və İrəvanla hava nəqliyyatının bərpa olunması nəzərdə tutulur. Qeyd edək ki, koronavirus pandemiyasına görə bu ilin martın 18-dən Rusiya MDB ölkələri ilə sərhədini bağlayıb, bütün müntəzəm və çarter reysləri dayandırılıb.
Xəbər 459 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR