Rusiya səfiri: Ankara və Moskvanın vasitəçilərə ehtiyacı yoxdur

Rusiya səfiri: Ankara və Moskvanın vasitəçilərə ehtiyacı yoxdur
  • DÜNYA

Rusiya-Türkiyə münasibətlərinin normallaşması üçün vasitəçiliyə ehtiyac yoxdur.


Aktual.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov "RİA Novosti"yə açıqlamasında bildirib.
"Hesab edirik ki, bu məsələdə vasitəçilərə ehtiyac yoxdur. Türkiyə tərəfinə bizim mövqeyimiz məlumdur. Diplomatik münasibətləri dayandırmamışıq - həm Moskvada, həm də Ankarada səfirliklərimiz fəaliyyətini davam etdirir. Türkiyə münasibətlərin normallaşdırılması üçün real addımlar atmaq istəsə, onların bu baxımdan hər cür imkanı var", - deyə Rusiyanın səfiri qeyd edib.
Xatırladaq ki, Rusiya və Türkiyə münasibətləri 2015-ci il noyabrın 24-də Türkiyə tərəfinin Türkiyə-Suriya sərhədində sərhədlərini pozmasına görə rusların Su-24 bombardmançısını vurmasından sonra böhran yaşayır.

Xəbər 306 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR