Rusiya Qırğız Respublikasında daha bir hərbi baza yarada bilər

Rusiya Qırğız Respublikasında daha bir hərbi baza yarada bilər
  • DÜNYA

 "Rusiya Qırğız Respublikası ərazisində daha bir hərbi bazasının yaradılması məsələsini müzakirə etməyə hazırdır".

"Report” TASS-a istinadən xəbər verir ki, bunu Qırğız – Rus Slav Universitetindəki çıxışı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Bu, bizim təşəbbüsümüz deyil. Bunu ilk dəfədir eşitdik, qırğız dostlarımızda yaranan təhlükəsizlik barədə fikirlərini müzakirə etməyə hazırıq”, – rusiyalı nazir deyib.
Qeyd edək ki, ötən həftə Qırğız Respublikasının Rusiyadakı səfiri Əlibəy Jekşenqulov ölkə ərazisində Rusiyanın sayca ikinci hərbi bazasının yaradılmasını istisna etməyib.
Hazırda Qırğız Respublikası ərazisində, paytaxt Bişkəkdən təqribən 20 kilometr şərqdə Rusiyaya məxsus Kant aviabazası fəaliyyət göstərir.
Xəbər 253 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR