Rusiya miqrantlarla bağlı qaydaları daha da sərtləşdirdi

Rusiya miqrantlarla bağlı qaydaları daha da sərtləşdirdi

Rusiya Dövlət Duması əmək miqrantlarının 18 yaşına çatan övladlarını ya Rusiyanı tərk etməyə, ya da öz adlarına əmək patenti rəsmiləşdirməyə məcbur edən qanun qəbul edib.
Aktual.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Yeni qanuna görə, əmək patenti ləğv edilən və ya müddəti uzadılmayan miqrant 15 gün ərzində uşaqları ilə birlikdə Rusiyanı tərk etməlidir:
"Eyni zamanda, miqrantların 18 yaşına çatmış uşaqları 30 gün ərzində Rusiya Federasiyasını tərk etməli və ya patent almalıdır”.
Qeyd edək ki, Rusiya Duması miqrantlarla bağlı qanuna dəyişiklikləri ötən gün qəbul edib.
Xəbər 46 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR