Rusiya mədənində 4-cü partlayış oldu

Rusiya mədənində 4-cü partlayış oldu
  • DÜNYA

Vorkuta şəhərindəki "Şimal" mədənində 4-cü güclü partlayış baş verib.

Aktual.az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin hərbiləşdirilmiş dağxilasedici idarəsinin rəisinin vəzifələrini icra edən Vladlen Aksenov deyib.

"Atmosferin yoxlanışı göstərdi ki, fevralın 28-də Moskva saatı ilə 22:24-də qazdinamik proses baş verib. Onun gücü xilasedicilərin yaralandığı partlayışdan iki dəfə çox olub", - Aksenov bildirib.

Aksenovun sözlərinə görə, həmin vaxt şaxtada adam olmadığı üçün xəsarət alan olmayıb.

Qeyd edək ki, fevralın 25-də "Şimal" mədəninin 748 metr dərinliyində partlayış baş verib. Uçqun zamanı şaxtada 110 nəfər olub. Onlardan 80 nəfəri dağıntılar altından çıxarılıb, 4 nəfər həlak olub, 26 şaxtaçı isə itkin düşüb.

Fevralın 27-dən 28-ə keçən gecə isə mədəndə növbəti partlayış baş verib, nəticədə 5 xilasedici və 1 mədən işçisi ölüb.

Xəbər 265 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR