Rusiya II Avropa Oyunlarını keçirə bilər

Rusiya II Avropa Oyunlarını keçirə bilər

Rusiya 2019-cu ildə II Avropa Oyunlarının keçirilməsi üçün imkanlara və müvafiq infrastruktura malikdir.

Aktual.az bildirir ki, bu barədə report-a Rusiya Milli Olimpiya Komitəsinin mətbuat katibi Konstantin Vıbornov deyib.
"Əlbəttə, Rusiya bu miqyasda Oyunların keçirilməsi üçün imkanlara və müvafiq infrastruktura malikdir, lakin bu, hələlik səhnəarxası, qapalı dəyərləndirilir və rəsmi şərh verilməyəcək. Hazırda bizi 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları və atletika üzrə yığma ilə bağlı problemin həlli daha çox narahat edir", - deyə K.Vıbornov qeyd edib.
Qeyd edək ki, I Avropa Oyunları 2015-ci il iyunun 12 - 28-də Bakıda keçirilib.
Bir müddət əvvəl Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki 2019-cu il Avropa Oyunlarını keçirməyə Rusiyanın əsas namizəd sayıldığını bildirib. O, məsələnin Beynəlxalq Olimpiya Komitəsinin Rusiya idmanındakı dopinq problemləri ilə bağlı qərarından asılı olduğunu əlavə edib.

Xəbər 454 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR