Rusiya Federal Şurası: “Sankt-Peterburqdakı partlayışlar terror aktıdır”

Rusiya Federal Şurası: “Sankt-Peterburqdakı partlayışlar terror aktıdır”

Rusiya Fedral Şurasının müdafiə məsələləri üzrə komisiyasının rəhbəri Sankt-Peterburq metrosunun iki stansiyasında baş verən partlayışları terror hadisəsi adlandırıb

AzNews.az yerli KİV-ə istinadən xəbər verir ki, Şuranın yaydığı bəyanatda hadisə bölgəsində partlayıcı qurğuların qalıqlarının aşkarlandığı deyilir.

Hazırda Sankt-Peterburqda olan Rusiya prezidenti Vladimr Putin metroda baş verən partlayışla bağlı bütün versiyaların araşdırıldığını deyib. Onun sözlərinə görə, hələ ki, partlayışın səbəbləri məlum deyil.

Xatırladaq ki, bu gün günorta saatlarında Rusiyanın şimal paytaxtı Sankt-Peterburq şəhər metrosunda eyni vaxtda iki partlayış baş verib. Ən son məlumatlara görə, hadisə nəticəsində 10 nəfər ölüb, 50 dən çox yaralı var.
 
Aktual.az
Xəbər 198 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR