Rusiya Ərdoğandan üzrxahlıq gözləyir

Rusiya Ərdoğandan üzrxahlıq gözləyir

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Rusiya ilə əlaqələri normallaşdırmaq istəyirik, lakin Moskvanın bizdən hansı addımlar gözlədiyini bilmirik” deyə səsləndirdiyi fikirlərə münasibət bildirib.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Peskov iki ölkə arasında barışığın əldə olunması üçün irəli sürülən şərtlərin ölkə prezidenti Vladimir Putin başda olmaqla müxtəlif səviyyələrdə səsləndiyini bildirib.

O, əlavə edib ki, Rusiya rəsmi Ankaradan üzrxahlıq, izahat, vurulmuş təyyarəyə və onun pilotunun ölümünə görə kompensasiyanın ödənilməsini gözləyir:

“Mən başqa dövlətin prezidentinə məsləhət verə bilmərəm, bu düzgün olmazdı, lakin Rusiya prezidentinin bu məsələ ilə bağlı dəfələrlə söylədiklərini xatırlatmaq istəyirəm. Lakin indiyə kimi Türkiyə tərəfi bu istiqamətdə heç bir addım atmayıb”.

Xəbər 436 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR