Rusiya da İrana uçuşları dayandırır

Rusiya da İrana uçuşları dayandırır
  • DÜNYA

Rusiya koronavirus təhlükəsi ilə bağlı fevralın 28-dən etibarən İrana uçuşları müvəqqəti dayandırır.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.
"Fevralın 28-dən etibarən Rusiyadan İran İslam Respublikasına və əks istiqamətdə müntəzəm və çarter reysləri müvəqqəti dayandırılır. Müvəqqəti qadağa "Aeroflot” və "Mahan Air” şirkətlərinə şamil edilmir. Moskvadan İrana və əks istiqamətdə uçuşlar yalnız "Şeremetyev” beynəlxalq aeroportunun F terminalından həyata keçiriləcək”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, qonşu İranda koronavirusdan ölənlərin sayı 26 nəfərə çatıb. Koronavirusa yoluxanların sayının isə 245-ə yüksəldiyi bildirilir.
Xəbər 342 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR