Rubio Trampa qarşı: Rusiyaya sərt sanksiyalar...

Rubio Trampa qarşı: Rusiyaya sərt sanksiyalar...

ABŞ Dövlət katibi Marko Rubio Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək və respublikaçı senator Lindsi Qrehem tərəfindən yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul etmək istəyir.
Aktual.az xəbər verir ki, bu barədə "Nyus Layns” nəşri dövlət katibinə yaxın mənbəyə istinadla məlumat yayıb.
"Rubionun gündəlik olaraq sanksiyaları necə gündəmə gətirdiyinə diqqət yetirin. O, Konqresin Qrehemin qanun layihəsini irəli sürməsini istəyir. Bu da Moskva ilə Vaşinqton arasında münasibətlərin yenidən qurulmasına mane ola bilər, ABŞ Prezidenti Donald Tramp isə məhdudiyyətləri sərtləşdirməkdən çəkinir”, - məlumatda bildirilib.
Xəbər 293 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR