Rubik kubunu 0,8 saniyəyə yığdılar - VİDEO

Rubik kubunu 0,8 saniyəyə yığdılar   - VİDEO
  • DÜNYA

Rubik kubunun yığılması üzrə 2016-cı ilin yanvarında qoyulan yeni dünya rekordu, bir neçə həftə sonra qırılıb. Amerikalı mütəxəssislər tərəfindən hazırlanmış kompüter sistemi bunu cəmi 0,887 saniyəyə etdi.

Aktual.az oxu.az-a istinadən bildirir ki, rekord barədə "Gizmag" məlumat yayıb.

2015-ci ilin noyabrında ABŞ tələbəsi Zaxari Qromko tərəfindən hazırlanmış maşın Rubik kubunu 2,39 saniyəyə yığmışdı. 2016-cı ilin yanvarında isə artıq Kanzasdan olan Cey Fletlend və Pol Rouz öz kompüterlərini "Ginnes" rekordlar kitabının rəsmi nümayəndəsinə təqdim etdilər, sistemə kubu yığmaq üçün 0,9 saniyə lazım olmuşdu.

Amma mühəndis və iqtisadçı Adam Birom tərəfindən hazırlanmış Subl sistemi bu rekordu da qırıb. Kub təsadüfi gedişlər nəticəsində qarışdırıldıqdan sonra robotun içinə yerləşdirilir.

Start komandası verilir, veb-kameralar açılır, onlar kubun bütün tərəflərinin fotosunu çəkirlər, məlumatı kompüterə ötürürlər, o isə ikifazalı Kosemba alqoritminin yardımı ilə optimal həlli hesablayır.

Bu qərar mikroprosessora ötürülür, o isə altı manipulyatora əmr verir. Kub 20 gediş nəticəsində 0,887 saniyədə yığılıb. Nümayiş zamanı "Ginnes" rekordlar kitabının nümayəndəsinin iştirak etməməsnə baxmayaraq, yaxın günlərdə Birom öz nailiyyətinin qeydiyyatdan keçirilməsi üçün müraciət edəcək.

Xəbər 488 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR