Ronaldu: "Gec-tez böyük kinoda rol alacağam"

Ronaldu:
  • İDMAN

"Real"ın hücumçusu Kriştianu Ronaldu maraqlı fikirləri ilə diqqət çəkib.

Aktual.az qol.az-a istinadən bildirir ki, "AS" qəzetinə danışan portuqaliyalı futbolçu gec-tez böyük kinoda rol alacağına əmin olduğunu bildirib:

"Hollivud filmlərində özümü sınaya bilərəmmi? Niyə də yox? Hazırda qarşımda belə bir tapşırıq yoxdur. Ancaq mənə artıq təklif ediblər. İndiki durumda hər hansı kinoya çəkilməyim çətindir. Məşqlər, oyunlar və s. Gələcəkdə isə bu sahədə çalışmaq mənim üçün maraqlı olar.

Düşünürəm ki, aktyorluq futbolçu peşəsindən çox fərqlənir. Aktyor çox gözəl, eyni zamanda çətin peşədir. Ancaq əminəm ki, gec-tez böyük kinoda rol alacam. Kiçik roldan başlayacam, təcrübə yığacam. Daha sonrasına baxarıq".

Xəbər 588 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR