Rio-2016: Bu gün 3 idmançımız mübarizə aparacaq

Rio-2016: Bu gün 3 idmançımız mübarizə aparacaq
  • İDMAN

Rio-da keçirilən Yay Olimpiya Oyunlarında bu gün daha 3 Azərbaycan idmançısı çıxış edəcək.

Aktual.az xəbər verir ki, boks üzrə super ağır çəkidə (+91 kq) mübarizə aparan Məhəmmədrəsul Məcidov ikinci döyüşünə çıxacaq. Onun 1/8 finalda rəqibi qazaxıstanlı İvan Diçko olacaq.


Güllə atıcımız Ruslan Lunyov isə 25 m məsafəyə hədəfi dəqiq nişan almaq üçün ikinci təsnifat mərhələsində çıxış edəcək.

Velosipedçimiz Olqa İsmayılova isə keyrində ilk yürüşünə çıxacaq.

Boks

1/8 final
02:45. Məhəmmədrəsul Məcidov (+91 kq) – İvan Diçko (Qazaxıstan)

Güllə atıcılığı

25 m, II təsnifat mərhələsi
16:00. Ruslan Lunyov

Velospied idmanı

Keyrin
I mərhələ
17:00. Olqa İsmayılova

Xəbər 486 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR