Rihannaya oxumaq qadağan edildi - FOTO

Rihannaya oxumaq qadağan edildi   - FOTO
  • DÜNYA

Dünya şöhrətli müğənni Rihannaya həkimlər oxumağa qadağa qoyub.


Aktual.az anspress-ə istinadən bildirir ki, "Qremmi" musiqi mükafatlarının təqdimedilmə mərasimində Rihanna səhnəyə çıxa bilməyib. Səbəb isə ifaçının bronxit olmasıdır.

Rihannanın adının gecədə çıxış edənlərin siyahısında olmasına baxmayaraq ifaçı son anda oxumaqdan imtina edib. Həkimlər Rihannaya səhnəyə çıxmağa icazə verməyiblər. Onlar ifaçının bronxit olduğunu əsas gətirərək ona oxumağı qadağan ediblər. Barbadoslu ulduz 48 saat səsini yormamalı və istirahət etməlidir. Bundan kədərlənən Rihanna sosial şəbəkədə pərəstişkarlarından üzr istəyib.

R&B ifaçısı Rihanna Los-Ancelesdə mükafatların təqdimetmə mərasimi 58-ci ilin əsas musiqi gecəsi "Qremmi-2016"da yeni albomu "Anti"dən "Kiss It Better" mahnısını oxumalı idi.

Saatlar öncə baş tutan mükafatların təqdimetmə mərasiminin aparıcısı amerikalı reper LL Cool J olub. Mərasimin açılışını ötən ilin bütün rekordlarını qıran ulduz müğənni Teylor Svift və Adel edib. Daha sonra Ledi Qaqa, Con Ledjend və digər ulduzlar ilin konsertində çıxış ediblər.

Rihannaya

Rihannaya

Xəbər 436 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR