Riçard Şirer: "Bakcell" ölkədə ən güclü şəbəkəyə malikdir

Riçard Şirer:

"Bakcell" şirkəti inamlı şəkildə mobil rabitə bazarında ikinci yeri tutur".
"APA-Economics"in xəbərinə görə, bunu şirkətin baş icraçı direktoru Riçard Şirer Bakıda keçirilən "BakuTel-2015" sərgisi çərçivəsində təşkil olunan brifinq zamanı deyib.

"Digər iki mobil operatorla müqayisə etsək, biz inamla ikinci yerdə qərarlaşmışıq. Bazarda payımızın artırılması üçün çalışırıq", - deyə R. Şirer bildirib.

O deyib ki, "Bakcell" mobil rabitə bazarının təqribən 36%-ə nəzarət edir və ölkədə nömrələrin daşınması ilə bağlı yenilik tətbiq olunduqdan sonra "Bakcell" abunəçi bazasını genişləndirib: "Bir şeyi dəqiq bilirəm ki, bizim şəbəkədən çıxanların sayı bizə qoşulanların sayından qat-qat azdır. Heç kəsə sirr deyil ki, ölkədə fəaliyyət göstərən mobil operatorlarla müqayisədə ən güclü şəbəkə "Bakcell"ə məxsusdur. Bu səbəbdən bizi iri korporativ müştərilər də seçir. "Bakcell" korporativ müştəri bazasını xeyli genişləndirib".

R.Şirer qeyd edib ki, şirkətin ümumi gəlirlərinin təxminən 40%-i səssiz xidmətlərin payına düşür.

Xəbər 483 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR