Rəsmi Bakı ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların Azərbaycana təsirini araşdırır

Rəsmi Bakı ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların Azərbaycana təsirini araşdırır

İran Azərbaycanın yaxın qonşu ölkəsidir və bir çox sahələrdə mühüm tərəfdaşıdır. Eyni zamanda, Azərbaycanla ABŞ arasında mövcud olan çoxşaxəli münasibətlər bizim üçün əhəmiyyət kəsb edir.

Aktual.az xəbər verir ki, bu barədə ABŞ-ın İrana qarşı ötən gün qüvvəyə minən sanksiyalarının Azərbaycan iqtisadiyyatına təsiri ilə bağlı Trend-in sorğusuna cavab olaraq Azərbaycanın Xarici İşlər Nazirliyi açıqlama verib.
Açıqlamada deyilir: "Bu xüsusda, ABŞ tərəfindən İrana qarşı tətbiq edilən sanksiyalar və onların mümkün təsir və nəticələri ekspertlərimiz tərəfindən ətraflı şəkildə araşdırılır".
 
Aktual.az 
Xəbər 291 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR