Regionda dərman preparatları ən bahalı qiymətə bu ölkədə satılır

Regionda dərman preparatları ən bahalı qiymətə bu ölkədə satılır
  • DÜNYA

Regionda dərman preparatları ən bahalı qiymətə Gürcüstanda satılır.

Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Biznes Rezonansi" qəzeti məlumat yayıb.
Qəzet yazır ki, təkcə idxal olunan dərmanlar deyil, ölkədə istehsal olunan tibbi dərmanların da qiyməti region dövlətləri ilə müqayisədə çox bahadır. Hətta bəzi dərman preparatlarının qiyməti region və Avropa dövlətləri ilə müqayisədə 2-3 dəfə bahadır.
"Hippokratı unutma" (Pomni Qippokrata) qeyri-hökumət təşkilatının rəhbəri Marina Beradzenin sözlərinə görə, dərman preparatlarının bahalığının bir səbəbi qanunvericiliklə əlaqəlidir. Qanunlar dərman preparatlarının keyfiyyətinin yüksək olmasının və digər tibbi ləvazimatların qiymətlərinin hamı üçün sərfəli olmasına təminat verməlidir.
"İnkişaf etmiş ölkələrdə sığorta və əczaçılıq şirkətləri tək bir subyektin əlində cəmləşə bilməz. Amma Gürcüstanda bu sahələrin hamısı bir adamın əlində cəmləşib. Ona görə də, həmin şəxs müştəriləri nəzərə almadan öz biznes maraqlarını inkişaf etdirməyə çalışır", - deyə M.Beradze vurğulayıb.
Onun sözlərinə görə, Dünya Səhiyyə Təşkilatı həyat üçün vacib olan və çox aşağı qiymətə satılan 350 dərman preparatının siyahısını hazırlayıb və digər ölkələrə də tövsiyələr verib. Gürcüstan dövləti də bu barədə addımlar atmalı, şəxsi biznesə nəzarəti artırmalıdır.
 
Aktual.az 
Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR