Ərdoğanla Zelenski arasında görüş başa çatdı (YENİLƏNİB/FOTO)

  Ərdoğanla Zelenski arasında görüş başa çatdı (YENİLƏNİB/FOTO)
  • DÜNYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında təkbətək görüş başa çatıb. 

Aktual.az xəbər verir ki, tərəflər Ukrayna Prezidentinin Kiyevdəki Marinski sarayında bir araya gəlib.

Dövlət başçılarının birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.

Eyni zamanda iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 10-cu toplantısı olacaq. 

15.10

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya rəsmi səfəri başlayıb.

Aktual.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Administrasiyasının önündə R.T.Ərdoğanı rəsmi mərasimlə qarşılayıb.

Türkiyə Prezidenti fəxri qaravul dəstəsinin önündən keçib.

Daha sonra V.Zelenski ilə R.T.Ərdoğan arasında təkbətək görüş başlayıb.

Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artırılması ilə bağlı razılığın əldə olunacağı gözlənilir. Bundan başqa, Türkiyə və Ukrayna arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılacaq.

Eyni zamanda görüşlərdə Rusiya-Ukrayna gərginliyi əsas müzakirə mövzusu olacaq.

Qeyd edək ki, səfərdə R.T.Ərdoğanı xanımı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Sülyeman Soylu, enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz, sənaye və texnologiya naziri Mustafa Varank, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlu, müdafiə sənayesi naziri İsmail Demir, nəqliyyat naziri Fahrettin Altun, Prezidentin sözçüsü İbrahim Kalın və Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik müşaiyət edir.
 
 14:35
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərə gəlib.

Aktual.az xəbər verir ki, onun təyyarəsi Kiyevdə Borispol hava limanına enib.

Qeyd edək ki, səfər Ukrayna Prezidenti Vladimir Zelenskinin dəvəti ilə baş tutub. Səfər çərçivəsində prezidentlər arasında görüş keçiriləcək. İki ölkənin hökumət nümayəndələrinin iştirakı ilə Türkiyə-Ukrayna Ali Səviyyəli Strateji Şuranın 10-cu toplantısı keçiriləcək. Şuranın toplantısında müxtəlif müqavilə və razılaşmaların, habelə Azad Ticarət Müqaviləsinin imzalanacağı nəzərdə tutulub.

Nazirlərin iştirakı ilə Kiyevdə keçiriləcək Şura toplantısında strateji ortaqlıq çərçivəsində Türkiyə-Ukrayna əlaqələrinin bütün istiqamətləri nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın dərinləşməsi imkanları müzakirə olunacaq.

Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılacaq.

Xatırladaq ki, bu səfər Rusiya ilə Ukrayna arasında gərginliyin artdığı dövrə təsadüf edir. Rəcəb Tayyib Ərdoğan iki dövlət arasında vasitəçilik etməyə hazır olduğunu bildirmişdi. Rusiya Preizdenti də yaxın zamanlarda Ukrayna ilə mövcud gərginliyin tənzimlənməsini müzakirə etmək üçün Türkiyəyə səfər edəcək.
Xəbər 335 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR