Yaponiyanın sabiq Baş naziri öldürüldü (FOTOLAR)

Yaponiyanın sabiq Baş naziri öldürüldü (FOTOLAR)

Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe kütlə qarşısında çıxışı zamanı silahlı hücuma məruz qalıb.

Aktual.az xəbər verir ki, hadisə Nara şəhərində baş verib. Siyasətçi huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Şahidlərin dediyinə görə, 2 atəş səsi eşidilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, Şinzo Abenin həyatını xilas etmək mümkün olmayıb. Bu barədə Britaniyanın maliyyə naziri Nadim Zahavi "Twitter"də bildirib.

"Yaponiyadan ürək ağrıdan xəbər gəldi. Baş nazir Şinzo Abe hücumçu tərəfindən açılan atəş nəticəsində dünyasını dəyişib. Biz siyasətə xidmət etmək və dünyanı daha yaxşı bir yerə çevirmək üçün qoşuluruq, yaxşı insan bu nəcib məqsəd uğrunda həyatını itirdi. Əbədi hüzur içində yatsın", - nazir qeyd edib.

Artıq keçmiş Baş naziri güllələyən şəxsin kimliyi müəyyənləşib. NHK telekanalının məlumatına görə, o, Nara şəhərinin sakini, keçmiş dənizçi 41 yaşlı Tetsuya Yamaqamidir.

Yaponiya hökuməti Şinzo Abeyə sui-qəsdlə bağlı böhran qərargahı yaradıb. Baş nazir Fumido Kisida Yamaqata prefekturasına səfərini yarımçıq qoyaraq paytaxt Tokioya qayıdaraq qərargaha rəhbərlik edir.
Xəbər 852 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR