Rayonlara gedən avtobusların sayı 2 dəfə artacaq

Rayonlara gedən avtobusların sayı 2 dəfə artacaq

Novruz bayramı ilə əlaqədar.

Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi martın 15-dən 28-dək gücləndirilmiş iş rejiminə keçib.

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə açıqlamasında Kompleksin növbə rəisi Məhəmməd Abdullayev bildirib.

Onun sözlərinə görə, bayram ərəfəsində xəttə buraxılacaq avtobusların sayının təxminən 2 dəfə artması gözlənilir:

“Adi günlərdə 300-320 nəqliyyat vasitəsi ilə 7000-7500 sərnişin yola salınırdı. Bayram ərəfəsində isə 600-700 nəqliyyat vasitəsi ilə 16-17 min sərnişinin yola salınması gözlənilir”.

M.Abdullayev qeyd edib ki, süni qiymət artımı ilə bağlı kommissiya yaradılıb:

“Qiymətlərə nəzarət etmək üçün 11 nəfərdən ibarət komissiya fəaliyyət göstərir. Kənardan dəvət etdiyimiz hər hansı bir nəqliyyat vasitəsi qiymətlərdə dəyişiklik edə bilər. Qiymət komissiyasının üzvləri belə bir halın yaşanmaması üçün bu məsələləri nəzarətdə saxlayacaq”.

“Nəzərinizə çatdırım ki, adi günlərdə olduğu kimi bütün təyin olunmuş qrafiklərimiz üzrə 10 gün əvvəlcədən bilet satışları həyata keçirilir. Həm adi qaydada, həm də onlayn vasitəsilə”, - deyə Kompleksin növbə rəisi əlavə edib.

O, həmçinin vurğulayıb ki, bayram ərəfəsində bütün istiqamətlərdə sıxlıq müşahidə olunacaq.

“Bütün istiqamətlər üzrə əlavə nəqliyyat vasitəsi xəttə buraxılacaq”, - deyə Abdullayev qeyd edib.

Xəbər 407 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR