Rauf Arifoğlu istefa verdi

Rauf Arifoğlu istefa verdi

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyasından çıxmaqla bağlı istefa ərizəsini partiya başqanına təqdim edib.   

Arqument.az xəbər verir ki, bu barədə Feysbuk sosial şəbəkəsində Müsavat başqanı Arif Hacılı yazıb.   

Arif Hacılı bildirib ki, baş redaktor partiyadan ayrılmaqla bağlı ərizə ilə müraciət edib:   

“Son gəlişmələrlə bağlı yersiz müzakirələrə, bəzi siyasi alver meyllərinə son qoymaq üçün bildirirəm ki, Rauf Arifoğlu ötən həftə mənimlə görüşərək Müsavat Partiyasından çıxmaq barədə ərizəsini təqdim edib”.  

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Arif Hacılının yazdıqlarını təsdiq edib və partiyadan ayrıldığını deyib: “Arif bəy yazıb zatən. 15 iyuldan rəsmi olaraq Müsavat Partiyasının üzvü deyiləm”.

 
Xəbər 939 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR