Rasim Balayev: "Bu gün kinolar seçilir, ancaq səviyyəsiz seriallar ilə"

Rasim Balayev:

 "Bu gün kinolar seçilir, ancaq səviyyəsiz seriallar ilə".
 
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilən xalq artisti Rasim Balayev fəxri ad almış mədəniyyət xadimlərinə orden və medalların təqdim olunması mərasimində mədəniyyət naziri Əbülfəs Qarayevə deyib. 
O bildirib ki, bu ordeni avans kimi alır: "Bunun cavabını vermək lazımdır və cavabı da yalnız filmlə verə bilərik. Dostcasına bir arzum var. Gizlin deyil ki, Azərbaycan kinosu bu gün bizim və sizin istədiyiniz səviyyədə deyil. Mən xahiş edirəm, həyəcan təbili çalınsın. Kinomuzun böyük ənənələri var və siz də qeyd etdiniz ki, bu davam edəcək. Davam etməsi üçün yeni nəsil kinoda xidmətlər göstərməlidir. Xahiş edirəm, hökumət qarşısında məsələ qaldırasınız ki, gələcək nəsillər də bu mükafatı ala bilsin. Bəs kino olmasa, gənclər bu mükafatı necə alacaq? Siz bizim Prezident Administrasiyasındakı nümayəndəmiz olduğunuza görə mən bu sözləri sizə deyirəm. Sizdən kinoya dəstək verilməsi məsələsini qaldırmağınızı istəyirəm".
 
Aktual.az
Xəbər 218 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR