Ramazan süfrəsinə nə qədər xərc çəkilir?

Ramazan süfrəsinə nə qədər xərc çəkilir?

"ACT Azərbaycan” şirkəti Ramazan ayı ilə bağlı Bakı şəhəri üzrə sorğu keçirib.

Aktual.az xəbər verir ki, Oxu.Az-a şirkətdən verilən məlumata görə, 12-15 iyun tarixlərində Bakı şəhərində keçirilən sorğuda 400 respondent iştirak edib.

Sorğunun nəticələrinə əsasən, paytaxt əhalisinin 13%-i Ramazan ayında iftar süfrəsinə orta hesabla 3-10 manat, 8%-i isə 11-20 manat xərc çəkir. 

Rəyi soruşulan respondentlərin 33%-i Ramazan ayında oruc tutduğunu bildirib. Oruc tutanların yarıdan çoxunu qadınlar təşkil edir (59%). 

Ən çox oruc tutanlar 35-44 yaş arasında olanlardır. Bu yaş qrupu ümumi oruc tutanların 29%-ni təşkil edir. İkinci pillədə nisbətən cavan nəsil - 25-34 yaş qrupu yer alıb (26%). 

Ən aşağı göstərici isə ahıl insanların yaş qrupundadır. 65 və yuxarı yaşlı insanların cəmi 6%-i Ramazan ayında oruc tutur. 

Qeyd edək ki, Bakı sakinlərinin 8%-i qeyri-müsəlmandır və ümumilikdə sakinlərin 59%-i bəzi səbəblərdən oruc tutmur. Oruc tutmayanlar, əsasən, səhhətində problem olanlar (35%), iş şəraitinin uyğun olmadığını deyənlər (9%), körpəyə qulluq edənlər və hamilələrdir (3%). 

Şəhər sakinlərinin 25%-i son 5 ildə mütəmadi olaraq oruc tuduğu halda, 29%-i ümumiyyətlə, oruc tutmayıb. Bakı sakinlərinin 14%-i 10 ballıq şkala üzrə 5 balla özünü dindar hesab edir. 4% sakin isə dinə mövqeyini 0 balla qiymətləndirir. 

Paytaxt sakinlərinin 76%-i özünü İslam dininin şiə məzhəbinə aid edir. İkinci pillədə sünni məzhəbi (16%) yer alıb. Daha sonrakı pillələrdə deistlər (0,8%) və pravoslav xristianları (0,7%) qərarlaşıb.

Xəbər 346 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR