Qurban Qurbanov: "İtiriləsi bir şey yox idi"

Qurban Qurbanov:
  • İDMAN

"Çox stresli, gərgin oyun oldu. Həqiqətən müdafiədə intizamlı çıxış edən komandaya qarşı oynayırdıq və çox ciddi hazırlaşmışdılar. Açığı, düşündüyümüz kimi oynadı. Bir epizodda diqqətsizlik etdik və qol buraxdıq".

Aktual.Az apasport.az-a istinadən bildirir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə "İnter"lə qarşılaşan ağdamlılar qarşılaşmadan 1:1 hesablı bərabərliklə ayırlıblar.
 
Matçdan sonra oyun haqqında fikirlərini açıqlayan çalışdırıcı sualları da cavablandırıb: "Ancaq ikinci hissədə sürət və mübarizə artdı. Bir xal qazandıq. Xalımızı bir xal da artırdıq. Pis nəticə deməzdim. Həmişə "İnter"lə oyunlarda olduğu kimi, bu dəfə də həm maraqlı, həm də çətin oldu. Həm "İnter", həm də "Qarabağ"a uğurlar arzulayıram. Dəstəyə görə azarkeşlərimizə də təşəkkür edirəm. İndi elə sistem var ki, çalışırsan başqa oyunun nəticəsindən xəbərləri olmasın, ancaq olur. Amma düşünürəm ki, "Zirə" - "Neftçi" oyununun nəticəsinin bizim oyuna heç bir təsiri yox idi. Təxminən 1 saata yaxın qapıya zərbə vura bilmirdik. Rəqibdə təcrübəli müdafiəçilər var və belə komandaya qarşı hər hansı qol epizodu yaratmaq çətindir. Bunun üçün 90 dəqiqə eyni tempdə oynamaq lazımdır. Dəfələrlə demişəm ki, hər bir komanda ən azından çox düzgün və ağıllı müdafiə olunur".
 
Təcrübəli mütəxəssis oyunçularının bu cür qarşılaşmalarda daha diqqətli olmalarını xüsusi vurğulayıb: "Bizi qarşıda çətin və ağır oyunlar gözləyir. Futbolçularımız belə oyunlarda hücumda ola-ola müdafiəyə daha diqqətli yanaşmalıdılar. 90 dəqiqə komanda belə oynaya bilmir. Muarem 4-5 ay oynamadı. Yavaş-yavaş optimal formasını bərpa etməyə çalışır. Ola bilər ki, 90 dəqiqə ərzində Muarem gözə dəyməsin, amma bir epizodda yaxşı oynayıb nəticəyə təsir edir".
 
Qurbanov Rəşad Sadıqovun matçın sonlarına yaxın hücuma atılmasını da şərh edib: "Bu oyunda itiriləsi bir şey yox idi. 3 dəyişiklik etmişdim və irəlidə daha çox oyunçunun olması lazımlı idi. Bu səbəbdən Rəşadı da irəli göndərdik. Bir neçə dəfə belə hal olub və bu gün də təkrarlandı. Bir və ya iki sıfır hesablı məğlubiyyət önəmli deyil. Riçardı ortada saxladıq. "Neftçi" ilə oyunda solda oynayırdı. Bugün isə 4 oyunçumuz tam ortada idi. Çünki ortada topla davranmaq lazım idi. Rəqib açıq oyuna üstünlük versə, bizim üçün daha rahat olardı. Bəlkə udar, ya uduzardıq. Ancaq bizim üçün daha rahat olardı. Müdafiə oynayan komandaya qarşı mübarizə aparmaq bir az çətindir".
 
"Qarabağ"ın baş məşqçisi sonda İcraiyyə Komitəsinə namizədliyi haqqında sualı da cavablandırıb: "Hələ ki hər hansı təkliflə bağlı düşüncəm yoxdu. Çünki heç nə məlum deyil. Üstəlik orada tək bir nəfərin fikri deyil, ümumilikdə qərar verilir. Ancaq bu gün üçün heç nə yoxdu".

Xəbər 669 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR