Qubada naməlum kişi meyiti tapılıb

Qubada naməlum kişi meyiti tapılıb

 Quba rayonunda küçədə naməlum kişi meyiti tapılıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, 40-45 yaşı olan kişi meyiti yerli sakinlər tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. 
Meyit muayinə edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə yerləşdirilib. Ölənin şəxsiyyəti və ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
 
Aktual.az
Xəbər 279 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR