Qripdən 65 nəfər öldü

Qripdən 65 nəfər öldü

Çexiyada qrip epidemiyasından ölənlərin sayı 65 nəfərə çatıb.

Aktual.az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin dövlət elmi-tədqiqat səhiyyə institutundan deyiblər.

"Hazırda epidemiya səngisə də, qripin ağırlaşmasından 65 nəfər ölüb, daha 195 nəfər ağır vəziyyətdədir. Xəstəliyə ən çox yoluxanlar paytaxt Praqa, Cənubi Moraviya, ölkənin şimal və mərkəzi bölgəsində yaşayanlardır", - məlumatda deyilir.

Qeyd olunur ki, Çexiyada "donuz qrip"inə yoluxma halları da qeyd olunub.

Xəbər 464 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR