"Qızıl Qlobus" mükafatının qalibləri açıqlandı – FOTO


"Bohem rapsodiyası” filmi 2018-ci il üzrə "Ən yaxşı dram filmi" nominasiyasında "Qızıl Qlobus" mükafatına layiq görülüb.

"Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, "Ən yaxşı dramatik film aktyoru" mükafatını Fredi Merkuri roluna görə aktyor Rami Malek qazanıb.
 "The Vife” adlı ekran əsərindəki roluna görə, Glenn Close "Ən yaxşı dramatik film aktrisası" nominasiyasına layiq görülüb. 
Rejissoru Peter Farrelly olan "Yaşıl kitab" filmi "Ən yaxşı film komediya yaxud muzikl" kateqoriyasında "Qızıl Qlobus" mükafatı qazanıb.
Qeyd edək ki, "Qızıl Qlobus" mükafatına namizədlər arasında "A Star Is Born", "Black Panter", "Beale Street konuşabilseydi" ve "Kara klanovets" kinoları da olub.









Xəbər 815 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR