Qida Təhlükəsizliyi mövzusunda tədbir keçirilib

Qida Təhlükəsizliyi mövzusunda tədbir keçirilib

Gələcəyimizi geni dəyişdirilmiş orqanizmli məhsullardan qoruyaq” layihəsi çərçivəsində tədbirlər keçirilib
 
"Gənclərin Töhfəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Gələcəyimizi geni dəyişdirilmiş orqanizmli məhsullardan qoruyaq” layihəsi çərçivəsində 10 iyul 2017-ci il tarixdə Quba rayon Mədəniyyət evində və Xaçmaz rayon Mərkəzi Kitabxanasında tədbir keçirib. Tədbiri giriş sözü ilə açan "Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev birliyin qida təhlükəsizliyi istiqamətində gördüyü işlər haqqında danışdı. O, belə tədbirlərin ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğuladı. Layihə çərçivəsində buklet, kitab nəşr olunduğunu deyən birlik sədri gələcəkdə bu işlərin daha da genişləndirilməli olduğunu qeyd etdi. O, GMO-nun qanunla qadağan olunduğunu, prezident İlham Əliyevin bununla bağlı sərəncam imzaladığını bildirdi. "Müasir İnkişaf” İctimai Birliyinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Mübariz Göyüşlü GDO (geni dəyişdirilmiş orqanizmlər) barədə məlumat verdi. O, GMO-nun zərərlərindən və onun milli təhlükəsizliyimizə təhdid olmasından söhbət açdı. M.Göyüşlü ictimaiyyəti, xüsusən də ziyalıları bu problemlə fəal mübarizə aparmağa çağırdı. Gənc Vətənpərlər Birliyinin sədri Müqamət Əliyev GMO-nun zərərləri və geni dəyişdirilərək istehsal olunan qidaların yarada biləcəyi problemlərdən ətraflı nitq söylədi. Nəzərinizə çatdıraq ki, layihə ümumilikdə Bakı, Quba, Xaçmaz, Biləsuvar, Masallı, Lənkəran rayonlarını əhatə edir.



Xəbər 340 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR