Qəzada yaralananların adları açıqlandı

Qəzada yaralananların adları açıqlandı

Bu gün səhər saatlarında Bakının Nizami rayonunda baş verən yol qəzasında bir nəfər ölüb, 13 sərnişin yaralanıb.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, qəza ilə bağlı saat 09:48 radələrində təcili tibbi yardıma müraciət olunub. Səhiyyə Nazirliyinin 10-a yaxın təcili tibbi yardım maşını əraziyə göndərilib.

Onun sözlərinə görə, yaralıların hamısı 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, bu gün Bakının Nizami rayonunda 62 saylı xətt marşrutu üzrə hərəkətdə olan 90 HS 692 dövlət nömrə nişanlı marşrut avtobusu “Nissan” markalı minik avtomobili ilə toqquşub.

Xəbər 333 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR