Qətldə təqsirləndirilən Rusiya vətəndaşı Azərbaycandan qaçarkən tutuldu

Qətldə təqsirləndirilən Rusiya vətəndaşı Azərbaycandan qaçarkən tutuldu

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən cinayət törətdiklərinə görə  axtarışda  olan şəxslərin aşkarlanması istiqa­mətində uğurlu tədbirlər davam etdirilir.

DSX-nın Mətbuat Mərkəzindən Aktual.az-a verilən məlumata görə, 2018-ci ilin 5 mart tarixində "Şıxlı" dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Respublikasından Gürcüstana keçərkən, 2017-ci ildə ölüm hadisəsi törətməkdə şübhəli bilindiyinə görə barəsində axtarış elan olunmuş, 11.11.1983-cü il təvəllüdlü, Rusiya vətəndaşı Mamedov İntiqam Novruz oğlu Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq, DİN Tovuz rayon polis şöbəsinə təhvil verilib.
Xəbər 545 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR