Qənirə Paşayevadan Türk dünyasına çağırış - Fotolar

Qənirə Paşayevadan Türk dünyasına çağırış   - Fotolar

Manisada 52-cisi keçirilən “Şiir ikindileri”i festivalının açılışında çıxış etmək üçün Türkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva tədbirin açılışındakı çıxışında Türk dünyası aydınları, yazar, şair, araşdırmacı və jurnalistlərinə üz tutaraq Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb.

Aktual.az-ın məlumatına görə, Q.Paşayeva aydınlara, KİV-lərə səslənərək topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox danışmalı olduğumuzu deyib:

“Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq”.

Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili gücün birlikdə olduğunu və ədalətsizliklərə qarşı birlikdə daha güclü mübarizə aparılmalı olduğunu deyib:

“Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə aydınlar, yazar, şair, araşdırmacı və jurnalistlərin üzərinə çox böyük missiya düşür, onlar daha fəal olmalıdır”.

Q. Paşayeva Manisanın mərkəzi parklarından birinə Xocalı, Salihlinin mərkəzi parklarından birinə Qarabağ adının, Manisanın mərkəzi küçələrindən birinə Şuşa, Salihlinin mərkəzi küçələrindən birinə Azərbaycan adının verilməsi ilə bağlı təkliflərini hər iki bələdiyyə başqanı və vali tərəfindən dəstəkləndiriyini deyərək bu cür addımların önəmindən də danışıb.

Millət vəkilinin çıxışından sonra çıxış edən bütün iştirakçılar bu gün Türk və Müsəlman dünyasının məhz bu düşüncəylə hərəkət etməsinin vacibliyini xüsusi vurğulayaraq zaman birlik və bərabərlik zamanıdır deyiblər.

Q. Paşayeva açılış iştirakçılarına Azərbaycan həqiqətlərinə dair materialları və özünün həmmüəllifi olduğu “Hocalı Soykırımı: tanıkların dilinden”, “Karabağ hikayeleri” və digər kitablarını hədiyyə edib.

Festival çərçivəsində millət vəkili bir çox tanınmış aydın, yazar, şair, jurnalistlərlə görüşüb, geniş fikir mübasiləsi aparıb və onların suallarını cavablandırıb. Millət vəkili həmçinin Manisa və Salihlinin fəal xanımlarının cəmiyyət və dərnəkləri ilə də görüşüb və geniş fikir mübadiləsi olub.





Aktual.az

Xəbər 446 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR