Qənirə Paşayeva və TUSİAB sədri Tovuzda müəllimlərlə görüşüb

Qənirə Paşayeva və TUSİAB sədri Tovuzda müəllimlərlə görüşüb

TUSİAB rəsmiləri qarşıdan gələn Ramazan Bayramı münasibətilə millət vəkili Qənirə Paşayeva ilə birlikdə Tovuzun böyük kəndlərindən biri olan Düz Qırıqlıda müəllim və şagirdlərlə görüşüblər.

Aktual.az-ın məlumatına görə, Qənirə Paşayeva TUSİAB–ın sədri Celil Polat, təşkilatın sədr müavini,baş katibi və idarə heyəti üzvlərinin iştirakı ilə Düz Qırıqlı kəndində müəllimlərlə və məktəb kollektivi ilə görüş zamanı Ramazanın bir mənəvi təmizlənmə, yardımlaşma ayı olduğunu vurğulayaraq onlara Allahdan bütün dualarına çatmalarını diləyib, qayğı və  problemləri ilə maraqlanıblar. Ramazan Bayramı münasibətilə ön cəbhə rayonu olan Tovuzun kəndlərində  müəllimləri öz hədiyyələri ilə təbrik edən TUSİAB-a və onun rəhbərliyinə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva bu cür görüşlərin çox önəmli olduğunu bildirdi. Deputat gənclərimizin savadlı yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayaraq  bildirib ki, gənc müəllimlər belə müəllimlərimizdən örnək götürməlidir.

Məktəbin direktoru  Xatirə Xasıyeva çıxış edərək məktəbdə təhsilin vəziyyəti, qarşıda duran hədəflər barədə məlumat verib. Q.Paşayeva müəllimlərin fikir və qayğılarını dinləyib və fikir mübadiləsi aparılıb. Düz Qırıqlı kənd orta məktəbinin çox yüksək səviyyədə təmir edilməsindən danışan millət vəkili Q.Paşayeva əziz müəllimlərimiz sizin və bizim birlikdə bu istiqamətdə müraciətlərimizi nəzərə alan cənab Prezidentə bir daha təşəkkür edirik və inanırıq ki yaradılmış bu yüksək səvyyəli şərait məktəbdə təhsilin daha da yüksək keyfiyyətinə də özünün müsbət təsirini göstərəcək deyib. Müəllimlərlə görüş zamanı Q.Paşayeva gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq  bu  ilin göstəricilərinin ötən illə müqayisədə daha da yaxşı olacağına inandığını deyib. Q.Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər. Millət vəkili Qənirə Paşayeva gənclər arasında zərərli vərdişlərə - narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir, ona görə ailələrlə bərabər bu məsələdə məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür dedi.

Q.Paşayeva müəllimlərə, məktəb kollektivi və məktəbin kitabxanasına kitablar da hədiyyə edib. Biz  ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi bir millət iki dövlətin mənsublarıyıq deyən TUSİAB sədri Celil Polat və təşkilat rəsmiləri bütün müəllimləri və məktəb kollektivini təbrik edib və onlara ən gözəl arzularına çatmasını diləyib və onlarla görüşməkdən böyük məmuniyyət duyduğunu deyib. Azərbaycan-Türkiyə qardaşlığı barədə danışan Celil Polat və təşkilat rəsmiləri müəllimlərə və məktəb kollektivinə TUSİAB adından qarşıdan gələn bayramla bağlı hədiyyələri də təqdim edib. Millət vəkili Qənirə Paşayeva və TUSİAB rəsmiləri kənddə bir sıra maddi imkanları zəif ailələrlə də görüşüblər və onların da qarşıdan gələn bayramlarını təbrik ediblər.

Xəbər 291 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR