Qənirə Paşayeva: "Təhsil haqqının artırılmasına imkan vermək olmaz"

Qənirə Paşayeva:

Millət vəkili Qənirə Paşayeva manataın məzənnəsindəki dəyişikliklərin təhsil haqlarına təsiri və bunun da tələbə və valideynlərdə narahatlıq yaratması barədə diqqətçəkən status paylaşıb. 
 
Q.Paşayevanın məslə ilə bağlı Facebbok səhifəsində yazdıqlarını olduğu kimi diqqətinizə çatdırırıq: 
 
"Tovuzdan dövlət universitetlərində ödənişli əsaslarla təhsil alan və bəzi özəl universitetlərdə oxuyan bir neçə tələbə narahatlıqla mesaj yazaraq son devalvasiyadan sonra təhsil haqlarının artırılıb-artırılmayacağı ilə maraqlanırlar. Onlar bildirilər ki, məzənnədəki dəyişiklik təhsil haqlarına da təsir göstərərsə, bu halda   təhsillərini davam etdirməkdə böyük problemlə üzləşəcəklər. Hesab edirəm ki, tələbələrin və ailələrinin narahatlığını aradan götürmək üçün müvafiq qurumlar açıqlama verməlidirlər. Çətinliklə də olsa elm, bilik arxasınca gedən uşaqların təhsilinin yarıda saxlanılmaması üçün təhsil haqlarının artırılmasına imkan verilməməlidir. 
 
Özəl universitetlər də bu addımı atmamalıdırlar. Təhsil haqlarının artması rayondan, kəndlərdən təhsil almağa gələn gənclər vüçün çox ciddi problem yarada bilər. Çünki onlar təhsil haqqı ilə bərabər ucuz olmayan kirayəhaqqı da verirlər və buraya yemək, nəqliyyat da daxil olduğu zaman ailələrin böyük bir qismi üçün ciddi problem yaranır. Qiymətlərin artması isə birbaşa bölgələrdən təhsil almağa gələnlərin sayına təsir edə bilər. Onsuz da bölgələrdə ailələrin bir çoxuna övladlarının ödənişli təhsil almasını təmin etmək çətinir. Təhsil millətin gələcəyidir. Ona görə də ali məktəblərdə təhsil haqlarının artmasına heç cür imkan vermək olmaz. Dövlət və özəl olmasından asılı olmayaraq ali təhsil ocaqlarını çağırırıq ki, ailələrin arasında yayılmağa başlamış və getdikcə artan şaiyələrə, narahatlığa son qoyacaq açıqlamalarla çıxış etsinlər".
 
Aktual.az
Xəbər 546 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR