Mask yenidən trilyoner statusunu bərpa edib

Mask yenidən trilyoner statusunu bərpa edib

Amerikalı sahibkar İlon Maskın sərvəti yenidən 1 trilyon dollar həddinə çatıb.
Aktual.az xəbər verir ki, "Forbes" jurnalının məlumatına görə, İlon Mask yenidən trilyoner statusunu bərpa edib.
Məlumatda bildirilir ki, "SpaceX" və "Tesla" şirkətlərinin səhmlərinin bahalaşması nəticəsində Maskın xalis sərvəti 65 milyard dollardan çox artıb.
Hazırda İlon Maskın sərvəti 1 trilyon dollar səviyyəsində qiymətləndirilir.
Xatırladaq ki, iyun ayında "SpaceX" səhmlərinin dəyərinin azalması fonunda Maskın sərvəti 1 trilyon dollardan aşağı düşmüşdü. O, şirkətin səhmlərinin ilkin kütləvi yerləşdirilməsindən sonra iki həftədən də az müddət ərzində trilyoner statusunu qoruyub saxlaya bilmişdi. (oxu.az)
Xəbər 52 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR