Qənirə Paşayeva Tailandda Azərbaycan həqiqətlərindən danışıb

Qənirə Paşayeva Tailandda Azərbaycan həqiqətlərindən danışıb


Millət vəkili Q.Paşayeva Taylandda Kral Layihələri Mərkəzində Azərbaycan həqiqətlərindən danışıb.


Millət vəkili,Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva Taylandda, Chang Rayda Kral Layihələri Mərkəzinin rəhbəri Poobet Muangmoonla və mərkəz üzvləri ilə görüşüb. Görüş zamanı millət vəkili Qənirə Paşayeva onlara Ermənistanın işğalçılıq siyasəti, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Xocalı Soyqırımı barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan bütün insanlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı Soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. O deyib ki, Taylandda Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə bilinməsinə və daha da geniş dəstəklənməsinə hər zaman böyük ehtiyac var. Millət vəkili Qənirə Paşayeva Paşayeva Kral Layihələri Mərkəzinin rəhbəri Poobet Muangmoon və mərkəz üzvlərini hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onları Azərbaycana dəvət edib. Millət vəkili Q.Paşayeva onlara Azərbaycanla bağlı bütün istiqamətlərdə geniş məlumatlar verib və sualları cavablandırıb. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaaliyyəti ilə də bağlı məlumatlar verən millət vəkili Q. Paşayeva Azərbaycanla Tayland arasında əməkdaşlığın genişlıənməsi üçün böyük imkanlar olduğunu deyib və Kral Layihələri Mərkəzi kimi qurumların əlaqələrin daha da surətlənməsində oynaya biləcəyi rolu xüsusi vurğulayıb. Mərkəzin fəaliyyəti, həyata keçirdikləri önəmli layihələr barədə millət vəkili Q. Paşayevaya geniş məlumatlar verən Kral Layihələri Mərkəzinin rəhbəri Poobet Muangmoon Azərbaycanı böyük məmnuniyyətlə yaxından tanımaq və əməkdaşlıq qurmaqda maraqlı olduqlarını deyib. Millət vəkili Q.Paşayeva Azərbaycanla Tayland arasında diplomatik əlaqələrin qurulmasının 23 ilinin tamam olduğunu xüsusi vurğulayaraq rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin Azərbaycan gənclərinə Taylandı daha geniş tanıdacaq kitab və sənədli film hazırladığını deyərək Taylandda da Tay dilində Azərbaycanı tanıdacaq bir kitaba ciddi ehtiyac olduğunu deyib və bu istiqamətdə Mərkəz rəhbəri ilə geniş fikir mübadiləsi də aparılıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Kral Layihələri Mərkəzinə Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı materiallar, tanınmış modelyer Gülnarə Xəlilovanın Azərbaycan mədəniyyətini özündə əks etdirən əl işini hədiyyə edib.

Xəbər 466 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR