Qənirə Paşayeva internat evində uşaqlarla görüşüb

Qənirə Paşayeva internat evində uşaqlarla görüşüb

 Millət vəkili Q.Paşayeva Beynəlxalq Əlillər Günündə internat məktəbində uşaqlarla görüşüb.

Millət vəkili Qənirə Paşayeva Beynəlxalq Əlillər Günündə Qovlar inteqrasiya təlimli internat tipli gimnaziyada  şagirdlər və fiziki imkanları məhdud uşaqlarla  görüşüb.   Qovlar inteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Eldar Hümbətov çıxış edərək  bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunub və   uşaqlarla görüş və söhbətə, onların hər birinə kitab və hədiyyələr təqdim etdiyinə  görə millət vəkili Qənirə Paşayevaya təşəkkürünü bildirib. Uşaqlarla bir arada olmaqdan məmnun olduğunu dilə gətirən  Qənirə Paşayeva   uşaqlarla görüşü əhəmiyyətli hesab etdiyini vurğulayıb və onların hər birinə həyatda arzularına çatmalarını diləyib. Dövlətimizin və ölkəmizin Birinci Xanımı Mehriban Əliyevanın uşaq evlərinə böyük diqqət və qayğısını xüsusi vurğalayan millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyinda onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. Q.Paşayeva Qovlar inteqrasiya təlimli internat tipli gimnaziyada  hər bir insanın mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər. Qənirə Paşayeva hər bir uşaqla ayrıca söhbət edib, kitablarını onlara imzalı hədiyyə edib və onların hər birinə idman forması və ləvazimatlarını  hədiyyə edib, kitablara, oxumağa, mütailəyə meyilli gəncləri görməkdən,onlarla söhbətdən hər zaman böyük zövq aldığını deyib. Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə ayırmamağa çağırıb.  Görüşün sonunda Q.Paşayeva müəllimlərə də müəllifi olduğu kitabları imzalı hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün  kitablar hədiyyə edib.  Millət vəkili Qənirə Paşayeva təşəbbüsü ilə doktor İradə Hacıyevanın  rəhbərlik etdiyi "Vertebra" mərkəzinin tibb heyəti Qovlar inteqrasiya təlimli internat tipli gimnaziyada hər bir uşağı müayinə edib, uşaqlar  arasında  skalioz və kifozların artmaması üçün müəllim və tərbiyəçi heyətinə tövsiyyələrini veriblər, eyni zamanda uşaqlara da məsləhətlərini veriblər.
 
 
 

Xəbər 708 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR