Axıska türklərini təmsil edən DATÜB Baş katibi Ziyatdin İsmihanoğlu Kassanov və təşkilatın fəalları millət vəkili Qənirə Paşayeva ilə görüşüb və Axıska türklərinin öz vətənlərinə dönmələri ətrafında geniş müzakirələr olub.
Millət vəkili Qənirə Paşayeva "hər zaman Axıska
türkləri qardaş-bacılarımızın yanındayıq" deyib. Millət vəkili Q. Paşayeva Axıska türklərinin doğma yurda dönüş
üçün uzun illərdir apardıqları mübarizəni yaxından izlədiyini, çox çətinliklə də
olsa əldə edilən bəzi nəticələrin yeni situasiya yaratdığını bildirib. Problemə
AŞPA səviyyəsində bəslənən münasibət, habelə Azərbaycan və Türkiyənin, eləcə də
digər dost və qardaş respublikaların məsələyə münasibəti barədə fikir mübadiləsi
aparılan görüşdə Gürcüstanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən və
mövcud durumdan irəli gələn məsələlər barədə də danışılıb.
Görüşdə Axıska türklərinin öz vətənlərinə dönüşü istiqamətində vəziyyət, görülən
işlər, problemlər, AŞPA-dakı görüşlərin nəticələri ilə bağlı maraqlı müzakirələr
də aparılıb. Axıska türklərinin dönüşü istiqamətində gedən işlərdən,problem və əngəllərdən
danışan Axıska türkləri təmsilçiləri millət vəkili Qənirə Paşayevanın axıska
türklərinə hər zaman əlindən gələn dəstəyi göstərdiyinə görə təşəkkür etməklə
yanaşı bu istiqamətdə səylərini daha da artırmasını da xahiş ediblər. DATÜB Baş katibi Ziyatdin
İsmihanoğlu Kassanov və təşkilatın fəalları"Azərbaycan da bizim
vətənimizdir, hər zaman Azərbaycanın yanındayıq, Qarabağ problemi bizim də
problemimizdir və məsələdə Azərbaycanın yanındayıq, Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin
daha geniş təbliği istiqamətində səylərimizi bundan sonra artıracaqlarını
deyiblər. "Axıska türkləri bizim
qardaş-bacılarımızdı və onların problemi bizim də problemimizdir" deyən
millət vəkili Qənirə Paşayeva bundan sonra da əlindən gələn dəstəyi hər zaman
göstərəcəyini deyib.
DATÜB Baş katibi Ziyatdin İsmihanoğlu Kassanov və millət vəkili Q.Paşayevanın Gürcüstanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Tamar Çuqoşvili və Avropa Şurasındakı daimi nümayəndəsi İrakli Giviashvili ilə görüşündə Axıska türklərinin öz yurdlarına dönməsi və bu ölkədə yaşayan azərbaycanlılarla bağlı məsələlər xüsusi diqqət mərkəzində olub.