Qənirə Paşayeva Chang Ray rəhbərliyi ilə Xocalı Soyqırımıdan danışıb

Qənirə Paşayeva Chang Ray rəhbərliyi ilə Xocalı Soyqırımıdan  danışıb

Millət vəkili Q.Paşayeva Chang Ray rəhbərliyi ilə Xocalı Soyqırımıdan və əməkdaşlığın genişlənməsinin önəmindən danışıb.

Millət vəkili,Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva Taylandda, Chang Ray bölgəsi rəhbərliyi ilə görüşüb. Millət vəkili Qənirə Paşayeva onları hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onları Azərbaycana dəvət edib. Millət vəkili Q.Paşayeva onlara Azərbaycanla bağlı bütün istiqamətlərdə geniş məlumatlar verib və sualları cavablandırıb. Azərbaycanla Tayland, onun bölgələri arasında əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar olduğunu deyən Q. Paşayevanın fikirləri ilə razılaşan Chang Ray bölgəsi rəhbərliyi Azərbaycanı böyük məmnuniyyətlə yaxından tanımaq və əməkdaşlıq qurmaqda maraqlı olduqlarını deyiblər. Görüş zamanı millət vəkili Qənirə Paşayeva onlara Ermənistanın işğalçılıq siyasəti, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Xocalı Soyqırımı barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan bütün insanlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı Soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. O deyib ki, Taylandda Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə bilinməsinə və daha da geniş dəstəklənməsinə hər zaman böyük ehtiyac var. Millət vəkili Q.Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin Azərbaycan gənclərinə Taylandı və onun qədim və böyük bölgələrindən olan Chang Rayı daha geniş tanıdacaq kitab və sənədli film hazırladığını deyərək Tailandda da Tay dilində Azərbaycanı tanıdacaq bir kitaba ciddi ehtiyac olduğunu deyib və bu istiqamətdə yaxın zamanlarda müsbət addımlar atılacağını deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva onlara Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti, musiqisi ilə bağlı materiallar hədiyyə

Xəbər 378 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR