"Qəbələ" və "Qarabağ" meydana çıxır

  • İDMAN

Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulacaq.

Aktual.az-ın qol.az-a istinadən məlumatına görə, son oyun günündə daha iki qarşılaşma keçiriləcək.

Günün ilk qarşılaşması Qəbələdə baş tutacaq. Burada çempionluq uğrunda mübarizə aparan "Qəbələ" "Zirə"ni sınağa çəkəcək.

Lider "Qarabağ" bu tur Sumqayıta səfər edəcək. Ağdam təmsilçisi bu görüşdən qalib ayrılmaqla liderliyini qorumaq niyyətindədir.

25 oktyabr

Azərbaycan Premyer Liqası, 9-cu tur

17:00. "Qəbələ" - "Zirə"
Hakimlər: Elvin Əsgərov, İsgəndər Əliyev, Munis Abdullayev, Ziya Nəsirov
Qəbələ şəhər stadionu

19:00. "Sumqayıt" - "Qarabağ"
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Xəlil Xəlilov
Sumqayıt şəhər stadionu.

24 oktyabr

"İnter" - "Rəvan" - 2:0
Qollar: Yuri Fomenko, 32 (1:0), İlkin Qırtımov, 49 (2:0)
Hakimlər: Rəhim Həsənov, Kamran Bayramov, Vüsal Qənbərov, Mahir Məmmədov
"İnter Arena".

"Kəpəz" - "Xəzər Lənkəran" - 1:0
Qol: Dario Federiko, 36 (1:0)
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Vüqar Bayramov, Ramil Diniyev
Gəncə şəhər stadionu.

23 oktyabr

AZAL - "Neftçi" - 2:1
Qollar: Nuqzar Kvirtiya, 24-pen (1:0), Ruslan Qurbanov, 57 (1:1),
Aleksandr Quruli, 90+4 (2:1)
Qırmızı vərəqə: Filta Jairo Rodriges, 90+3 ("Neftçi")
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Elman Musayev, Nail Nağıyev
"AZAl Arena".

Turnir cədvəli

N Klublar O Q H M T-F X
1 Qarabağ 8 6 2 0 17-7 20
2 Qəbələ 8 6 1 1 17-4 19
3 İnter 9 5 2 2 8-6 17
4 Zirə 8 4 3 1 8-6 15
5 Kəpəz 9 4 2 3 10-7 14
6 Neftçi 9 2 3 4 9-9 9
7 Xəzər Lənkəran 9 2 3 4 8-13 9
8 AZAL 9 2 1 6 5-12 7
9 Sumqayıt 8 0 5 3 5-9 5
10 Rəvan 9 0 2 8 4-16 2
Bombardirlər:

Riçard Almeyda ("Qarabağ") - 5 qol
Aleksey Qay ("Qəbələ") - 4 qol
Aleksey Antonov ("Qəbələ") - 4 qol
Samuel Armenteros ("Qarabağ") - 4 qol

Xəbər 445 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR