Qazaxıstanın Müdafiə naziri Azərbaycana gələcək

Qazaxıstanın Müdafiə naziri Azərbaycana gələcək

Bakıda Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov ilə Azərbaycanın Müdafiə Sənayesi naziri Mədət Quliyev arasında görüş keçirilib.

"Report" Qazaxıstan səfirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, söhbət zamanı tərəflər hərbi-texniki sahədə əməkdaşlığın inkişafı ilə bağlı yüksək səviyyəli razılaşmaların icrasını müzakirə ediblər.
Bu görüş Qazaxıstanın Müdafiə naziri Nurlan Yermekbayevin oktyabrın 29-30-da Bakıda keçiriləcək MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfərindən əvvəl baş tutub.
Xəbər 372 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR