Qazaxıstan Rusiyanın Ukraynaya qarşı müharibəsində neytrallığını elan etdi

Qazaxıstan Rusiyanın Ukraynaya qarşı müharibəsində neytrallığını elan etdi

Qazaxıstan Rusiyanın Ukraynaya qarşı müharibəsində bitərəfliyini elan edib. Onlar vəziyyətin danışıqlar yolu ilə həllinin tərəfdarıdırlar.

Aktual.az xəbər verir ki, bu barədə Tengrinews.kz saytının müxbirinın məlumatında deyilir.

"Rusiya və Ukrayna arasındakı münaqişənin Qazaxıstana heç bir aidiyyatı yoxdur. Biz heç bir tərəfi dəstəkləmirik. Bununla bağlı heç bir sual ola bilməz", - müdafiə nazirinin müavini Sultan Kamaletdinov Senatda çıxış edərkən deyib.

Martın 2-də Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev də i Vladimir Putinlə telefon danışığı aparıb. 

"Mən prezident Vladimir Putinlə ticarət-iqtisadi əlaqələrin inkişafı ilə bağlı danışdım. Dedim ki, danışıqlar yolu ilə Ukraynadakı vəziyyətlə bağlı razılığa gəlmək çox vacibdir", - Tokayev "Twitter" səhifəsində yazıb.

Bundan əvvəl Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Alnur Musayev bildirmişdi ki, Rusiya da Ukraynaya qarşı müharibədə öz tərəfini tutmaq tələbi ilə Qazaxıstana görünməmiş təzyiqlər edir. Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin son bəyanatlarına görə, Musayev qeyd edib ki, Qazaxıstan hakimiyyətinin də gizli şəkildə Rusiyaya yardım göstərməyə hazır olduğu nəzərə çarpır. 

Unian xəbər agentliyi qeyd edir ki, Qazaxıstan Rusiyanın nəzarətində olan "DXR” və "LXR” terrorçu psevdorespublikalarını tanımadığı, bu ölkənin Ukraynaya qarşı müharibəyə qoşulmaq istəyindən imtina etdiyi də bildirilir.
Xəbər 336 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR